Ekslüziv geyimlərin istehsalının hər mərhələsində əl əməyi olmadan yüksək keyfiyyət əldə etmək mümkün deyil. Bəli, bu çox zəhmət və vaxt aparır, lakin “lüks” sinif dəbi də bunu tələb edir. Unikal parçaların istifadəsi, dizaynerlərin orijinal fikirləri, zərif aksesuarlarla bəzədilmə xanımlar üçün hazırlanan libasların zövqlü olmasına gətirib çıxarır. VNine kolleksiya istehsalında öz sferasında lider olan yapon,alman və amerikaya məxsus ən son avadanlıqlardan istifadə edir. Bu avadanlıqlar hətta ipək və məxmər kimi çətin parçalarla yüksək nəticə əldə etməyə imkan yaradır. Dəb dünyasında modelyerin öz üzərində çalışması böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də, VNine modelyerləri tez- tez dəb nümayişlərində iştirak edirlər. VNine kolleksiyalarının üzərində çalışan insanlar öz işlərinin peşəkarıdır. 60 -dan çox insan - dizaynerlər, konstruktorlar, dərzilər, tikişçilər çalışırlar ki, orijinal fikirləri düzgün reallaşdıra bilsinlər.